Müğənni Nuri Sərinləndirici “Retro Bakı” layihəsini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, sənətçi Azərbaycan Televiziya və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansanblı ilə klassik bəstəkarların mahnılarını səsləndirib. O, mahnıları yeni formada ifa edib.
Layihənin rəhbəri Lamiyyə Ələkbərqızıdır.
“Dünən doğum gününü qeyd edən AzTV-nin sədri Rövşən Məmmədova bu işdə mənə dəstək olduğu üçün təşəkkür edirəm. Ansanblın bədii rəhbəri, Əməkdar artist Tariyel Abbasov hər bir nüansla maraqlandı, tələb etdi. Nurinin bu klassik mahnılara olan istəyini səsyazma zamanı gördüm. Şərhi izləyicilərə buraxıram. İnanıram ki, hər kəs bəyənəcək. Yaxın günlərdə layihə “Mədəniyyət” kanalında efirə gedəcək. Onu da əlavə edim ki, layihənin çəkilişi karantindən əvvəl olub”, - deyə L. Ələkbərqızı qeyd edib.
Son xəbərlər
Son Xəbərlər