“Rəvan” ilkə imza atdı

revan-ilke-imza-atdi
Oxunma sayı: 650

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Kəpəz”i 5:1 hesabı ilə məğlub edən Bəhmən Həsənovun yetirmələri yüksək dəstədəki debüt mövsümündə indiyədək 3 və ya daha çox top fərqilə qalib gəlməmişdi.

Hesabında bunadək 8 qələbəsi olan komanda 6 dəfə 1, 2 dəfə də 2 top fərqi ilə 3 xal əldə etmişdi. Bu dəfəki qələbə komanda tarixinin rekordunu müəyyənləşdirdi.

Gəncənin “Kəpəz” isə cari mövsümdə ən ağır məğlubiyyətini alıb. Fuad İsmayılovun yetirmələri “Rəvan”a 1:5 hesabı ilə uduzublar ki, gəncəlilər üçün sonuncu belə uğursuzluq ötən mövsüm qeydə alınmışdı. 2010-cu il dekabrın 18-də “Kəpəz” “Neftçi”yə 0:4 hesabı ilə məğlub olmuşdu. “Kəpəz”in qapısına 5 və ya daha artıq qol vuran son komanda da “Neftçi” olmuşdu. Bakılılar 2010-cu il oktyabrın 23-də 6:2 hesabı ilə qalib gəlmişdi.