“Qafqaziinfo”nun Apasport.az
saytına istinadən məlumatına görə, klub
rəhbərliyi heyətdə olan bütün legionerlərlə yollarını ayırıb. Əcnəbiləri yola
salan paytaxt təmsilçisi bununla da I divizionda yalnız yerli futbolçularla
mübarizə aparacağını göstərib. Lakin
“Rəvan”ın düşərgəsində idman prinsiplərinin pozulacağına, komandaların sayının
yenə dəyişdiriləcəyinə ümidlər qalmaqdadır. Klubun təsisçisi və sahibi Nuru Əliyev
də AFFA-nın “Rəvan”a rəhm edəcəyinə ümidini itirmir.
O, Azərbaycan kubokunun sabah keçiriləcək final matçından sonra AFFA prezidenti Rövnəq Abdullayev və qurumun müvafiq orqanları Premyer Liqa klublarının sayının bir daha müzakirə edəcəyinə ümidlidir. Əliyev bu say artımı sayəsində I divizionda oynamalı olan “Rəvan”ın güzəşt əldə etməsini istəyir.
Lakin onun ümidlərinin doğrulacağı da inandırıcı görünmür. Çünki Premyer Liqa tələblərinə cavab verən komandaların sayını 12-yə çatdırmaq asan məsələ deyil. Bunun üçün cəmi 11 klub lisenziya alıb. 12-ci klub tapılsa belə, idman prinsiplərinin növbəti dəfə pozulması, I divizion klubuna güzəşt olunması da anormallıqdır.
Son xəbərlər
Son Xəbərlər