“Revanşist ritorikadan çəkinmək lazımdır” - Zaxarova

revansist-ritorikadan-cekinmek-lazimdir
Oxunma sayı: 1863

“Regionu yenidən müharibə astanasına gətirə biləcək revanşist ritorikadan çəkinməyə çağırırıq”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bəli, biz çox şeylərlə razı olmaya bilərik. Kimsə müharibənin davam etməsini istəyir, kimsə revanş istəyir. Ancaq məqsəd budurmu? Bu cür problemlər sülhün əldə olunmasına kömək edə biləcəkmi? Bu suala cavab vermək lazımdır. Cavab aydındır - əlbəttə yox”, - deyə Zaxarova bildirib.