“Reynaldo oynasaydı, biz uduzacaqdıq”- - Qara Qarayev

reynaldo-oynasaydi-biz-uduzacaqdiq-
Oxunma sayı: 1585


Gənc futbolçu dünən Topaz Premyer Liqasının 27-ci turunda “İnter” qarşı keçirdikləri oyundan danışıb. Qarayev qolsuz heç-heçə başa çatan matçı belə şərh edib: “Biz bu matçda xal itirmədik, bir xal qazandıq. Hər həftə çempionluğa yaxınlaşırıq. Amma yenə də arxayınlaşmaq olmaz. ”İnter” çempionatımıza rəng qatan komandadır. Çünki onlar həmişə fərqli sistem və fərqli heyətlə oynayır. Bu matçda da gözləmədiyimiz 4-4-2 taktiki sxemi ilə meydana çıxdılar. Bu cür gərgin qarşılaşmada 1 xal da pis nəticə deyildi”.

Yarımmüdafiəçi Reynaldonun meydanda olmamasının oyuna təsir edib-etmədiyindən danışıb: “Sözsüz ki, komandanın hücumçusu olmasa, bu oyuna təsir edər. Amma meydanda olanlar da pis oynamadı. "İnter"ə qarşı 1-2 imkan olsa da, istifadə edə bilmədik. Reynaldonun yoxluğu təsir etdi, Amma ola bilərdiki,  o oynasaydı, biz uduzacaqdıq”.