Təxminən 5 aydır yaşıl meydanlarda kənar qalan “Qarabağ”ın brazilyalı hücumçusu Reynaldo artıq sağalmaq üzrədir.
“Qafqazinfo” xəbər verir ki, 26 yaşlı oyunçu komanda ilə birlikdə məşqlərdə iştirak edir.
Baş məşqçi Qurban Qurbanov martın sonlarından etibarən az-az da olsa, futbolçuya şans verməyə başlayacaq. Bundan başqa, yenicə əməliyyat olunan Rahid Əmirquliyev isə hələ ki, bərpa prosesi keçir.
Əzələsindəki məlum problemlərə görə “Sumqayıt”la matçı tribunadan izləyən Rəşad Sadıqov da komanda ilə birgə məşq edir. Onun növbəti turda “Qəbələ” ilə matçda iştirak edib-etməyəcəyi hələ bəlli deyil.
Qeyd edək ki, sözügedən matç martın 19-u, saat 15:00-da Qəbələ şəhər stadionunda start götürəcək.
Son xəbərlər
Son Xəbərlər