Reynaldo Türkiyə klubuna gedir - Qurbanov təsdiqlədi

reynaldo-turkiye-klubuna-gedir
Oxunma sayı: 1939

"Qarabağ"ın futbolçusu Reynaldonun Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi yekunlaşmaq üzrədir.

"Qafqazinfo" Newsport.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu sabah "Adanaspor"la rəsmi müqavilə imzalamaq üçün Türkiyəyə gedəcək.

Məlumatı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov təsdiqləyib. O, danışıqların yekunlaşmaq üzrə olduğunu deyib: "Bir neçə klub Reynaldoyla maraqlanmışdı. Amma "Adanaspor"la razılığa gəldik. Sabah agenti İstanbula gələcək və danışıqlar aparacaq. Əgər müsbət yekunlaşsa, Reynaldo sabah tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq".