“Qafqazinfo” Gecce.az-a istinadən xəbər verir ki, “Ağdamın “Qarabağ” klubunun hücumçusu Reynaldo Silva ötən gün Azərbaycan ordusunun bir gecədə 9 şəhid verməsindən sonra bu hadisəni matəm kimi qeyd edən məşhurlar sırasındadır. Belə ki, futbolçu həmin hadisədən dərhal sonra sosial şəbəkədəki hesabında şəxsi profil fotosunu Azərbaycan bayrağının atributları əks olunan qara, matəm işarəsi ilə əvəz edib.