Reynaldodan rekord

reynaldodan-rekord
Oxunma sayı: 1256


“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, cənubi amerikalı futbolçu hazırda Topaz Premyer Liqasında çıxış edən bütün klublara qol vurmağı bacarıb.

Reynaldonun məyus etdiyi klublar siyahısına sonuncu “Simurq” daxil olub. “Sambaçı” Zaqatala təmsilçisini XXII turun qarşılaşmasında məyus edib.Bu oyunadək isə ötən mövsüm çempionatın bombardiri olan Reynaldo hazırda aşağı dəstədə çıxış edən “Rəvan” da daxil olmaqla bütün rəqiblərin qapısına yol tapmışdı.

Qeyd edək ki, Reynaldo 52 Premyer Liqa oyununda 29 qol vurub.