“Reynaldonu hələ də transfer etmək istəyirik” - “Adanaspor”un məşqçisi

reynaldonu-hele-de-transfer-etmek-isteyirik
Oxunma sayı: 1754

Türkiyənin “Adanaspor” klubunun “Qarabağ”ın hücumçusu Reynaldonu istədiyi haqqında məlumat vermişdik.

“Qafqazinfo”nun məlumatına görə, futbolçunun meneceri sonradan Superliqa təmsilçisinin lazım olan pulu vermədiyini bildirsə də, “Adanaspor”un köməkçi məşqçisi Səlçuk Ərdoğan saytımıza açıqlamasında bunu təkzib edib.

O bildirib ki, Reynaldonu hələ də transfer etmək niyyətindədirlər: “Biz Reynaldonu transfer etmək istəyirik. Hələ də danışıqlar davam edir. Lazım olan pulu vermədiyimiz haqqında gəzən söz-söhbətlər düzgün deyil. Hələ ki, bu keçid dəqiqləşməyib”.