Reynaldonun ilk matçının nəticəsi ləğv olundu

reynaldonun-ilk-matcinin-neticesi-legv-olundu
Oxunma sayı: 1380

Türkiyə Futbol Federasiyası Super Liqanın 19-cu turunda keçirilən "Adanaspor" - "Kasımpaşa" matçının nəticəsini ləğv edib.

Qafqazinfo” xəbər verir ki, buna səbəb qonaq komandanın yarışın əsasnaməsini pozması olub. Belə ki, klubun baş məşqçisi "18-lik" heyətə legioner futbolçuların sayını tələb olunandan artıq əlavə edib. Nəticədə "Adanaspor"a 3:0 hesablı texniki qələbə verilib.

Qeyd edək ki, “Qarabağ”dan ayrılaraq “Adanaspor”a keçən Reynaldo məhz bu görüşdə debüt etmişdi.