“Reytinqimiz 60 faizdir”

reytinqimiz-60-faizdir
Oxunma sayı: 1460

“Bilirsiniz ki, reytinqimiz təqribən 60 faiz təşkil edir. Bu şərtlərdə müxalif texniki hökumətdən danışmaq əlbəttə ki, cəfəngiyyatdır”.

“Qafqazinfo” Gürcüstanın “Interpressnews” portalına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin Baş naziri İrakli Kobaxidze deyib. 

Onun sözlərinə görə, parlament seçkiləri adi rejimdə keçiriləcək: “Parlamentin ilk sessiyası noyabrın sonu – dekabrın əvvəlində baş tutacaq, texniki deyil, normal hökumət formalaşdırılacaq. Təqdim olunan plan ölkəni tam birillik dayandırmaq, bu müddət ərzində ölkəni müharibəyə cəlb etmək deməkdir. Bu, onların həyata keçməyəcək tapşırığı və məqsədidir”.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.