“Reytinqlərdə geri qalmağımızın səbəbi digərlərinin çox sürətli inkişafıdır” - BDU-nun rektoru

reytinqlerde-geri-qalmagimizin-sebebi-digerlerinin-cox-suretli-inkisafidir
Oxunma sayı: 3069

“Biz rəqabət mühitindəyik. Söhbət tək ölkədən yox, regiondan gedir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri BDU-nun rektoru Elçin Babayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

“Artıq reytinqlərdə geri qalmağımızın səbəbi tək bizim inkişafımızın zəifliyi ilə yox, digərlərinin çox sürətli inkişafı ilə bağlıdır. Buna misal olaraq Qazaxıstan kimi ölkələri göstərə bilərik” – deyə rektor vurğulayıb.

Zaur Mirzə