Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul elan edir.
Mərkəzdən “Qafqazinfo”ya verilən məlumata görə, ərizə qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd fevralın 13-dən 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) müvafiq hesabına əlavə edir.
Ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.
Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.
Son xəbərlər
Son Xəbərlər