Rezidenturaya qəbul imtahanı verənlərin nəzərinə

rezidenturaya-qebul-imtahani-verenlerin-nezerine
Oxunma sayı: 1153

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (birinci cəhd) nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1738 namizəddən 31 nəfəri imtahana gəlməyib. 715 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 252 nəfər 4 və ya 5-ci kurs tələbələridir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 94 bal olub.

İyunun 20-də keçirilmiş imtahanda 256 nəfər bu ilin, 207 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 463 namizəd ikinci mərhələyə buraxılıb.