Rezidenturaya qəbulun 2-ci mərhələsi keçiriləcək

rezidenturaya-qebulun-2-ci-merhelesi-kecirilecek
Oxunma sayı: 649

18 sentyabr 2020-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, imtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

İmtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 15:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 14:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Namizədlər “İmtahana buraxılış vərəqəsi”  və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək üçün https://eservices.dim.gov.az/erizerez/brxvrez/?frm=egov linkinə daxil olaraq çap edə bilərlər.