Rezidenturaya qəbulun II mərhələsi keçiriləcək

rezidenturaya-qebulun-ii-merhelesi-kecirilecek
Oxunma sayı: 735

Dövlət İmtahan Mərkəzi iyulun 14-də 2019/2020-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

• şəxsiyyəti təsdiq edən sənədin əslini;

• İmtahan gününə müvafiq olan "Namizədin imtahana buraxılış vərəqəsi"ni.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.