Riberi Türkiyəyə qayıda bilər

riberi-turkiyeye-qayida-biler
Oxunma sayı: 657

2005-ci ildə “Qalatasaray” forması geyinmiş Frank Riberi yenidən “sarı-qırmızılılar”ın gündəminə düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Bavariya” ilə 1 il daha müqavilə olan 34 yaşlı fransalı ulduzla danışıqlar aparıldığı bildirilir.

Bir neçə gün öncə “Qalatasaray”ın idman direktoru Cenk Ergünün “Bir sürpriz namizədimiz var” açıqlamasından sonra Riberinin adı gündəmə gəlib.

Qeyd edək ki, Riberi 12 il öncə “Qalatasaray”da 4 ay forma geyindikdən sonra maaşının verilməməsi görə klubdan ayrılmışdı.