Riçard Almeyda Azərbaycan millisindən ayrıldı

ricard-almeyda-azerbaycan-millisinden-ayrildi
Oxunma sayı: 2885

"Qarabağ” klubunun futbolçusu Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra düşərgədən ayrılıb.

Qafqazinfo” xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin yığmaya çağırılmasında məqsəd milli ab-havasını hiss etmək, adaptasiya prosesinə başlamaqdan ibarət olub.

O, baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu.

Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FIFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.