Riçard Almeyda rəsmən üçüncü dəfə “Qarabağ”da

ricard-almeyda-resmen-ucuncu-defe-qarabagda
Oxunma sayı: 2420

“Qarabağ” Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə 1 illik müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Yarımmüdafiəçi Ağdam təmsilçisində 7 nömrəli formada çıxış edəcək.
 
Riçard Almeyda daha öncə 2012-2019-cu illərdə "köhlən atlar"ın şərəfini qoruyub.