Riçard Almeyda rəsmən “Zirə”də

ricard-almeyda-resmen-zirede
Oxunma sayı: 1699

“Zirə” heyətinə yeni futbolçu cəlb edib. “Qafqazinfo” xəbər verir ki, yarımmüdafiəçi Riçard Almeyda ilə müqavilə bağlanıb.

Azərbaycan millisinin 31 yaşlı orta sahə oyunçusu yeni komandası ilə cari mövsümün sonuna qədər sözləşmə imzalayıb.

Qeyd edək ki, yığmamızın heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"ın, həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Küveytin "Baniyas" klublarında çıxış edib.