Riçard debüt oyununda zədələndi

ricard-debut-oyununda-zedelendi
Oxunma sayı: 1176

BƏƏ-nin “Baniyas” klubuna transfer olan Riçard Almeyda yeni komandasında debüt edib.
 
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan millisinin üzvü çempionatın 13-cü turunda “Əl Nəsr”lə keçirilən görüşdə meydana çıxıb. Qarşılaşma "Baniyas"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almeyda start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə zədələnib. O, bu səbəbdən oyunu davam etdirə bilməyib.

Qeyd edək ki, “Baniyas” 14 xalla çempionatın 9-cu pilləsində qərarlaşıb.