“Rich Interior” Silahlı Qüvvələrə yardım etdi

rich-interior-silahli-quvvelere-yardim-etdi
Oxunma sayı: 2764

“Rich Interior (SS CENTER MMC)" şirkəti dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 10 min manat vəsait köçürüb.

"Rich Interior"dan"Qafqazinfo" ya bildirilib ki, şirkət işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən qızğın döyüşlərdə ordumuza maddi və mənəvi dəstəyini əsirgəmir və qəhrəman hərbiçilərimizin daim yanındadır:

“Bu tarixi günlərdə ordumuzun zəfəri üçün hər bir vətəndaşımız əlindən gələni edir. Biz əminik ki, belə bir həmrəyliklə qələbə tezliklə bizim olacaq!”