Türkiyənin tanınmış futbol şərhçisi Rıdvan Dilmen işindən uzaqlaşıb.
“Qafqazinfo” xəbər verir ki, keçmiş futbolçu bu barədə sosial şəbəkədə yazıb.
Dilmen işindən ayrılmasının səbəbini özü və ailəsi haqda böhtanların yayılması ilə əlaqələndirib. O, bu işin arxasında dayanan şəxsləri bir-bir ifşa edəcəyini bildirib:
“Heç bir şəxs, cəmiyyət və qurumla əlaqdəar əsla hörmətsizlik etməmişəm. Vicdanım çox rahatdır. Ancaq son zamanlar təşkilatlanmış şəkildə hədəf göstərilərək mənə və ailəmə yaşadılan kədəri, böhtanı başqaları kimi qəbul etməyim mümkün deyil”.
Qeyd edək ki, Rıdvan Dilmen uzun müddətdir “NTV Spor”da futbol şərhçisi kimi çalışırdı.
Son xəbərlər
Son Xəbərlər