Rihanna asiyalılara qarşı şiddət əleyhinə aksiyada - Fotolar

rihanna-asiyalilara-qarsi-siddet-eleyhine-aksiyada
Oxunma sayı: 1624

Dünyaca məşhur müğənni Rihanna asiyalılara qarşı şiddət əleyhinə nümayişlərdə iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, 33 yaşlı barbadoslu müğənni bir gün əvvəl ABŞ-da yaşayan asiyalıları hədəf alan irqçi hücumların dayandırılmasını tələb etmək üçün Nyu-Yorkdakı Tayms Meydanına toplaşan nümayişçilərə qatılıb.

Onun aksiyadan lentə alınan görüntülərini köməkçisi Tina Çıong sosial şəbəkədə paylaşıb.

O, “asiyalılara qarşı nifrəti dayandırın”, “nifrət bərabərdir, Allaha qarşı iqçilikdir” yazılarının yer aldığı plakatlar açıb.