Rihanna “Grammy” mərasimindəki çıxışını son anda ləğv edib.
“Qafqazinfo” TMZ.com-a istinadən xəbər verir ki, Rihanna səhnədə çıxışı üçün öncədən məşq edib.
Ancaq möhtəşəm gecədə sənətçi səhnəyə çıxmayıb, onu səhnədə izləmək üçün gələnlər xəyal qırıqlığına uğrayıb.
Söz-söhbətlərə son qoymaq üçün Rihannanın mətbuat xidməti məsələyə aydınlıq gətirib.
Bildirilib ki, sənətçi bronxitə tutulub və səhnəyə çıxılmasına həkimi tərəfindən icazə verilməyib.
“Rihanna neçə gündür xəstədir, antibiotikdən istifadə edir. Həkimi müğənniyə 48 saat mahnı oxumaması ilə bağlı xəbərdarlıq edib. Bu səbəbdən Rihanna səhnəyə çıxa bilməyib”.
Qeyd edək ki, Rihanna 2009-cu ildə keçirilən “Grammy” mükafatları mərasiminə də qatılmamışdı. Mərasimdən bir neçə saat sonra eks-nişanlısı Chris Brown şiddət gördüyü üçün gecəyə qatıla bilmədiyi ortaya çıxmışdı.






Son xəbərlər
Son Xəbərlər