Rihanna konsertində niyə ağladı? - Video

rihanna-konsertinde-niye-agladi
Oxunma sayı: 1430

Pop ulduz Rihanna Dublin konsertində romantik anlar yaşayıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dünya konsert turu çərçivəsində İrlandiyaya gedən müğənni Aviva Stadionunda səhnəyə çıxıb.

28 yaşlı sənətçi “Love the way you lie” adlı mahnısını söyləyib, daha sonra ağlamağa başlayıb.

Həmin görüntülər ifaçının pərəstişkarları tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Barbadoslu müğənni konsertdən sonra instaqramda paylaşım edib.

“Mənim üçün çox romantik bir konsert idi. Sizlərə sahib olduğum üçün çox xoşbəxtəm”,-deyə Rihanna bildirib.