Rihanna Sevgililər Gününü onunla keçirəcək - Foto

rihanna-sevgililer-gununu-onunla-kecirecek
Oxunma sayı: 4536

Amerikalı müğənni və aktrisa Rihanna Nyu-Yorkda yeni geyim kolleksiyasının təqdimatında “The Cut” nəşrinin jurnalistinə 14 fevral - Müqəddəs Valentin gününü kiminlə keçirəcəyini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, ifaçının cavabı belə olub:

“Mən studiyada olacağam. Bu səbəbdən çox həyəcanlanıram. Deyə bilmərəm, kiminlə çalışıram, amma mən onunla çoxdan mahnı yazdırmaq istəyirdim”.

Daha sonra Rihanna özünü saxlaya bilməyib və etiraf edib: “Yaxşı, deyəcəyəm sizə. Bu, Farrell Uilyamsdır”.

Farrell Uilyams