Barbadoslu müğənni Rihanna yeni rekorda imza atıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rihannanın yeni sinqılı “Work” Billboard siyahılarında birinci yerdə qərarlaşıb.
28 yaşlı sənətçi bu rekordla Michael Jackson və Madonnanı geridə buraxıb.
Qeyd edək ki, Rihannanın bu günə kimi 13 sinqılı birinci yerdə qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər