Nitsa şəhərində baş verən terror zamanı pop ulduz Rihanna da orada olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, barbadoslu ulduz “Alyans Rivera” stadionunda konsret proqramı ilə çıxış etmək üçün Fransaya yollanıb. Lakin baş verən terror hadisəsindən sonra onun konserti ləğv edilib. Məlumata görə, Rihannanın mühafizəçiləri xüsusi təhlükəsizlik tədbirləri həyata keçiriblər. Hazırda ifaçı şəhəri tərk etməyə çalışır.
Qeyd edək ki, ifaçı “Anti World Tour” adlı dünya turu çərçivəsində Nitsa şəhərinə gəlib.
Son xəbərlər
Son Xəbərlər