Amerikalı müğənni Rihanna Barbadosda “Crop Over” festivalına qatılıb.
“Qafqazinfo” xəbər verir ki, müğənni qeyri-adi geyimi ilə diqqət çəkib.
Belə ki, Rihanna festival üçün rəngarəng daşlarla bəzədilmiş kombinezon seçib. Pop müğənnisi görünüşünü nəhəng qanadlar, tiara və qızılı dabanlı sandaletlərlə tamamlayıb.
“Daily Mail” oxucuları Rihannanın geyimini yüksək qiymətləndiriblər.
“Afərin. O, heyrətamiz görünür!”, “Bu paltarı çox bəyənirəm. Karnaval üçün mükəmməldir”, “O, əla görünür”, “O, qəşəngdir, iki balaca uşaq anasıdır və ən yaxşı həyatını yaşayır”, - deyə şərhlərdə yazıblar.