RİİB-in layihə rəhbəri də təltif olunanlar arasındadır

riib-in-layihe-rehberi-de-teltif-olunanlar-arasindadir
Oxunma sayı: 2479

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən hərbçilərin təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, təltif olunanlardan biri də “Regional İnkişaf” İctimai Birliyinin Layihə rəhbəri, Hərbi Qənimətlər parkının meneceri Orucəli Abbaszadədir.

O, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.