RİİB-in yardım kampaniyasında izdiham - Fotolar+Video

riib-in-yardim-kampaniyasinda-izdiham
Oxunma sayı: 3907

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyədə zəlzələ bölgəsinə humanitar yardım kampaniyasına start verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı İdman Sarayında (Neftçilər prospekti) təşkil olunan yardım aksiyasında günün ilk saatlarından izdiham müşahidə olunub. Təkcə Bakıdan deyil, Azərbaycanın müxtəlif bölgələrindən olan vətəndaşlar aksiyaya qatılaraq çoxsaylı əşya və ləvazimat gətiriblər.

RİİB könüllüləri həmin ləvazimatların içəri daşınması və seçilib komplektləşdirilməsində fəal iştirak ediblər.

Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev bildirib ki, Fondun “Regional İnkişaf” İctimai Birliyi bu aksiyanı Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan vətəndaşlarına çağırışına dəstək olaraq həyata keçirilir. 

“Sanitar-epidemioloji şərtlərdən irəli gələrək virus yayılma riskini artırdığına görə əhalidən ikinci əl geyim və əşyalardan ibarət yardım göndərməməsi təkidlə xahiş olunur. Eyni zamanda, qida təhlükəsizliyinin önəmi nəzərə alınaraq qida məhsullarının humanitar yardım çərçivəsində qəbul edilməyəcəyi nəzərə alınmalıdır. Yardım kampaniyasının fevralın 14-nə qədər davam etməsi nəzərdə tutulub. Səhər 11-dən axşam 8-ə kimi vətəndaşlar yaxınlaşıb öz ianələrini edə bilərlər”.

RİİB yardım kampaniyasında fəal iştirakına görə vətəndaşlara təşəkkür edib.