RİİB könüllüləri Bakı marafonunda iştirak etdilər - Fotolar

riib-konulluleri-baki-marafonunda-istirak-etdiler
Oxunma sayı: 3194

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri “Bakı Marafonu-2022”də iştirak edib.

"Qafqazinfo" xəbər verir kİ, idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Bakı Marafonu-2022”də ölkənin bütün regionlarını təmsil edən 500 RİİB könüllüsü iştirak edib. 

 Xəbəri rus dilində oxuyun: Знаменитости приняли участие в марафоне...- Фото

“Küləyə qalib gəl” şüarı altında Dövlət Bayraq Meydanından start götürülən builki marafonda 21 km məsafəni qət edən iştirakçılar arasında RİİB könüllüləri də olub. 

“Bakı Marafonu-2022”-nin rəsmi tərəfdaşı olan “Regional İnkişaf” İctimai Birliyi (RİİB) həmçinin, regionlarda marafon iştirakçılarının qeydiyyatının aparılmasında da yaxından iştirak edib.