RİİB tərəfindən başlanılan sosial aksiyaya Nizami RİH də qoşulub - Foto

riib-terefinden-baslanilan-sosial-aksiyaya-nizami-rih-de-qosulub
Oxunma sayı: 1867

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimində aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə, şəhid ailəsi üzvlərinə və digər həssas kateqoriyadan olan insanlara dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən sosial aksiyaya Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti də qoşulub.

“Qafqazinfo” xəbər verir ki, aksiya çərçivəsində RİİB könüllüləri və İcra Hakimiyyətinin əməkdaşları tərəfindən bir sıra ailələrə ərzaq məhsullarından ibarət sovqatlar və infeksiyadan qorunmaq üçün müxtəlif maarifləndirici materiallar paylanılıb.

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirən vətəndaşlar, pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərdən razılıq ifadə ediblər.

“Regional İnkişaf” İctimai Birliyi və Nizami Rayon İcra Hakimiyyəti bir daha vətəndaşları bu həssas dövrdə evdə qalmağa, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimi tələblərinə ciddi riayət etməyə çağırıb.