RİİB və Qaradağ RİH tənha insanlara ərzaq sovqatı paylayıb - Fotolar

riib-ve-qaradag-rih-tenha-insanlara-erzaq-sovqati-paylayib
Oxunma sayı: 953

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sosial aksiya keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiya çərçivəsində RİİB könüllüləri tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət 200-dən çox sovqat paylanılıb, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.

Xatırladaq ki, koronavirus infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 20 aprel 2020-ci il tarixədək 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə məhdudlaşdırılıb.

İcra Hakimiyyəti bu həssas dövrdə vətəndaşları evdə qalmağa, dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etməyə çağırıb.