Rinat Hüseynov “Qarabağ”da baxışda

rinat-huseynov-qarabagda-baxisda
Oxunma sayı: 1319

Çempionatın ikinci hissəsinin hazırlıqlarını Türkiyənin "Antalya" şəhərində keçirən "Qarabağ" baxışa yeni futbolçu cəlb edib.

"Qafqazinfo" Sportal.az-a istinadən xəbər verir ki, söhbət Rusiyanın "Amkar" klubunun futbolçusu Rinat Hüseynovdan gedir. Əldə etdiyimiz məlumata görə, 20 yaşlı müdafiəçi bir neçə gün Ağdam klubunun heyətində baxışda olacaq. Məşqçilər korpusu futbolçu ilə bağlı müsbət qərar versə, onunla münasibətlər rəsmiləşəcək.

Qeyd edək ki, U-21 millimizin də üzvü olan Rinat Hüseynov bu mövsüm "Amkar"ın gənclər komandasının heyətində 16 oyunda meydana çıxıb və 2 qol vurmağı bacarıb.