Rinoloqların II Beynəlxalq Konqresi keçirildi - Fotolar+Video

rinoloqlarin-ii-beynelxalq-konqresi-kecirildi
Oxunma sayı: 1999

İyunun 29-30-u tarixlərində “Baku Flame Towers Fairmont” hoteldə Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Rinologiyanın inkişafına dəstək” və “Azərbaycan Otorinolaringologiya” cəmiyyətlərinin birgə həyata keçirdiyi konqresin elmi proqramı Rinologiyanın müxtəlif problemlərinə həsr olunub.

Konqresin əsas məqsədi otorinolarinqologiyada burun estetik əməliyyatları, o cümlədən, burunətrafı ciblərin endoskopik Sinus Cərrahiyyəsi sahəsində olan ən yeni nailiyyətləri müzakirə etmək, xüsusilə gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir. 

Konqresdə dünyaca məşhur professor Eren Taştan ilk dəfə Azərbaycanda rinoplastika fəlsəfəsi və canlı cərahiyyə kursu keçib. 

Kurs zamanı rinoplastika, endoskopik sinus cərrahiyyəsi, buruna dolğu botoks prosedurlarının icrası, fəsadlaşmalar, bunun həlli yollarından danışılıb. 

Konqresin 1-ci günü panel və məruzələrdən, 2 -ci günü isə həm məruzə, həm də canlı cərrahiyyədən - rinoplastika (Eren Taştan) və endoskopik sinus cərrahiyyəsi (Babür Küçük, Süha Beton) üzrə masterklassdan ibarət olub.

Azərbaycanın təcrübəli həkimləri, həm də Türkiyənin məhşur universitet və klinikalarında kurs verən professor - müəllim heyəti tərəfindən həyata keçirilən bu möhtəşəm konqresdə cərrah mütəxəssislər öz təcrübələrini, bilik və bacarıqlarını bölüşüblər. 

Dermatokosmetoloq İlker Yörük və patoloq anatom professor Selçuk Tunalı burunda təhlükəli zonalar, dolğu botoks fəsadlaşmalarından söz açıb. 

Konqres Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 20 DTT kredit  balı ilə akkreditasiya olunub.