Rinoplastika mövzusunda master-klas keçirildi - Fotolar

rinoplastika-movzusunda-master-klas-kecirildi
Oxunma sayı: 1589

Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyinin təşkilatçılığı ilə estetik burun cərrahiyyəsi ilə bağlı master-klas keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rinoplastika ilə məşğul olan qulaq-burun-boğaz, plastik və üz-çənə cərrahları iştirak ediblər. 

Master-klasda Türkiyədən dəvət olunmuş Dr. Emre İlhan və Dr. Cavid Cabbarzadə təcrübələrini iştirakçılarla paylaşıblar.

İctimai birliyin sədri dos. Dr. Cavid Cabbarzadə çıxışında bu sahədə inkişafın olduğunu bildirib. 

İnteraktiv təşkil olunmuş toplantıda iştirakçılarla birlikdə rinoplastikanın müasir aspektləri və fəsadların azaldılması üçün lazımi tədbirlərlə bağlı diskussiyalar aparılıb.