Rinqdə komaya düşən Dadaşovun meyiti Rusiyaya çatdırıldı

rinqde-komaya-dusen-dadasovun-meyiti-rusiyaya-catdirildi
Oxunma sayı: 4067

İyulun 23-də dünyasını dəyişmiş boksçu Maksim Dadaşovun meyiti Rusiyaya çatdırılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, idmançının meyiti Sankt-Peterburqa göndəriləcək. Dadaşovla vida mərasimi avqustun 4-də keçiriləcək.

Xatırladaq ki, Dadaşov iyulun 20-də rinqdə Sabriel Matiasla qarşılaşması zamanı başından aldığı çoxsaylı zərbələrdən komaya düşüb. Boksçunun iyulun 23-də xəstəxanada ürəyi dayanıb.

Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub.