Rio olimpiyadasına növbəti vəsiqəni qazandıq

rio-olimpiyadasina-novbeti-vesiqeni-qazandiq
Oxunma sayı: 1030

Azərbaycan boksçusu Rüfət Hüseynov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakıda təşkil olunan boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində bu gün yarımfinal döyüşləri keçirilib.

Meksikalı Yoselito Velasqueslə qarşılaşan R.Hüseynov 2:1 hesablı qələbə qazanaraq finala çıxıb və Rio lisenziyasını qazanıb.