Yunan-Roma güləşi üzrə avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Rövşən Bayramov açıqlama verib.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına danışan idmançımız bunları deyib: "Rio Olimpiadası heç də asan olmayacaq. Amma çalışacağam ki, ordan medalla qayıdım. Dünyanın ən güclü idmançıları bu turnirə qatılacaq. Buna baxmayaraq yaxşı nəticə əldə etmək istəyirik".
Son xəbərlər
Son Xəbərlər