Riqada Azərbaycan icması ilə görüş - Foto

riqada-azerbaycan-icmasi-ile-gorus
Oxunma sayı: 3516

Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri çərçivəsində Riqa şəhərində Azərbaycan icmasının fəalları ilə görüş keçirilib.

Bu barədə “Qafqazinfo”ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Komitənin sədr müavini Elşad Əliyev 2018-2022-ci illər üzrə qurumun fəaliyyət istiqamətlərini əhatə edən geniş hesabatla çıxış edib. Hazırkı vacib mərhələdə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyinə, bu istiqamətdə diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsinin önəminə diqqəti cəlb edib.

Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisi Amil Səlimov 2018-2022-ci illər ərzində həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verib.

Koordinasiya Şurasının Latviya üzrə koordinatorluğunun fəaliyyəti müsbət qiymətləndirilib və yeni əlaqələndiricinin seçilməsi üçün səsvermə keçirilib. Səsvermə nəticəsində Latviyada təhsil alan gənc soydaşımız Kamran Amanzadə yekdilliklə bu vəzifəyə seçilib.