Rişarilson vurduğu qolu məşq edibmiş - Video

Rişarilson vurduğu qolu məşq edibmiş
Oxunma sayı: 2312

Braziliya millisinin hücumçusu Rişarilson dünya çempionatının qrup mərhələsində Qanaya vurduğu qolu oyundan öncə məşq edibmiş.

“Qafqazinfo” xəbər verir ki, bu barədə futbolçu özü instaqram hesabında paylaşım edib. 

O bildirib ki, oyundan öncə keçirilən məşq zamanı dəfələrlə eyni formada qol vurmağa çalışıb və buna nail olub.