Rivaldo turistlərə Yay Olimpiya Oyunlarına getməməyi tövsiyə etdi

rivaldo-turistlere-yay-olimpiya-oyunlarina-getmemeyi-tovsiye-etdi
Oxunma sayı: 1132

Braziliya futbolunun əfsanələrindən olan Rivaldo dünən Rio-de-Janeyro şəhərində atışma sırasında 17 yaşlı qızın ölməsinə sərt reaksiya verib. 

Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə bu ilin yayında adıçəkilən şəhərdə keçiriləcək Yay Olimpiya Oyunlarına getmək istəyən turistlərə evlərində qalmalarını, Braziliyaya səfər etməmələrini tövsiyə edib: “Burda hər şey daha da pisə doğru gedir. Sizə məsləhətim evinizdə qalın. Yay Olimpiya Oyunlarına belə gəlməyin. Bizi bu vəziyyətdən ancaq Allah qurtara bilər”.