Rivaldonun oğlundan möhtəşəm qol - Video

rivaldonun-oglundan-mohtesem-qol
Oxunma sayı: 810

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Rumınyanın “Dinamo” (Buxarest) klubu İspaniyanın “Atletik” (Bilbao) klubunu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, oyun 1-1 hesabı ilə bitib. Meydan sahiblərinin bərabərlik qolunu Rivaldinyo vurub. Komandasını gözəl qolla məğlubiyyətdən xilas edən futbolçunun qolunu atası Braziliya millisinin sabiq üzvü Rivaldo da ayaqüstə alqışlayıb.