ABŞ-da riyaziyyat müəllimini 6 il müddətinə azadlıqdan məhrum ediblər.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb təhsil işçisinin Nyu-Yorkun Bronks bölgəsindəki evində əl qumbarası saxlaması olub.
Məhkəmədən verilən məlumata görə, riyaziyyat müəllimi ona partlayıcı maddə yığmaqda köməklik göstərən şagirdlərinə pul da verirmiş.
Şagirdlərdən biri isə müəlliminin bu əməlləri haqda polis əməkdaşlarına məlumat verib. Müəllim günahkar olduğunu etiraf edib.
.
Son xəbərlər
Son Xəbərlər