“Rizəspor”un baş məşqçisi istefa verdi

rizesporun-bas-mesqcisi-istefa-verdi
Oxunma sayı: 1175

Türkiyənin “Rizəspor” futbol klubunun baş məşqçisi İsmayıl Kartal istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytında yazılıb.

Qeyd edək ki, Kartal “Trabzonspor”la matçdan sonra istefa qərarı verib. Buna səbəb Türkiyə Super Liqasının 24-cü turunda “Rizəspor”un “Trabzonspor”a 2:5 hesabla məğlub olmasıdır.