Robben həmvətənlərinin gözü önündə fitə basıldı

robben-hemvetenlerinin-gozu-onunde-fite-basildi
Oxunma sayı: 634

“Qafqazinfo”nun verdiyi xəbərə görə, almanların 3:2 hesabı ilə qələbə qazandığı oyunda xoşagəlməz hal yaşanıb.
Belə ki, münhenlilərin hollandiyalı yarımmüdafiəçisi Aryen Robben klub azarkeşləri tərəfindən fitə basılıb. 74-cü dəqiqədə meydana daxil olaraq Hollandiya yığmasına qarşı forma geyən “solaxay”ın topa hər toxunuşu fanatların etirazı ilə qarşılanıb. 33 min azarkeşin izlədiyi matç “Bavariya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Azarkeşlərin Robbeni fitə basmasının səbəbi 28 yaşlı futbolçunun Çempionlar Liqasının finalında antiqəhrəmana çevrilməsidir. “Bavariya” ilə “Çelsi”nin üz-üzə gəldiyi oyunun əlavə vaxtında Robben penalti zərbəsini dəqiq yerinə yetirə bilməmiş, oyunsonrası penalti seriyasında qalib gələn “Çelsi” ÇL-i qazanmışdı.
Hollandiya yığmasının yarımmüdafiəçisi Mark van Bommel isə komanda yoldaşını müdafiə edib: “Bu, biabırçılıqdır. “Bavariya” azarkeşləri unutmasın ki, onların finala vəsiqə qazanmasında Robben böyük rol oynayıb. Mən Aryenin yerində olsam, bu hörmətsizlikdən sonra komandanı tərk edərim”.

Ceyhun Əhmədov