Robben “Yuventus”a SMS-lə “yox” dedi

robben-yuventusa-sms-le-yox-dedi
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hollandiyalı futbolçu Turin klubunda oynamağa razılıq verməyib.
“Mən “Yuventus” kimi böyük klubun maraq dairəsinə düşdüyüm üçün qürür duyuram. Lakin “Bavariya”da məni hər şey qane edir. Doğrudur, hələ klubumla müqaviləmi yeniləməmişəm. Müasir futbolda hər şey olur” deyən Robben “qoca sinyora”nın təklifini rədd edib. Maraqlı məqam isə 28 yaşlı Aryenin bunu SMS vasitəsil etməsidir.
Hollandiyalı haqqında daha bir xəbər onun komanda yoldaşı Frank Riberi ilə mübahisə etməsidir. Münhen klubunun cinah futbolçuları “Real Madrid”lə Çempionlar Liqası qarşılaşmasında sözləşib. İnsident hətta paltardəyişmə otağında da davam edib. Daha sonra rəhbərlik hər iki futbolçu ilə ciddi söhbət edib və münaqişə yoluna qoyulub.

Ceyhun Əhmədov